İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğandan BMT-də Şimali Kiprlə bağlı ÇAĞIRIŞ 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının ümumi siyasi müzakirəsi zamanı beynəlxalq ictimaiyyəti Şimali Kipr Türk Respublikasını (ŞKTR) tanımağa və onun uzunmüddətli təcridinə son qoymağa çağırıb.

Musavat.com xəbər verir ki, Türkiyə lideri vurğulayıb:

"Biz Aralıq dənizində konstruktiv əməkdaşlığa hazırıq və qonşularımızdan da eyni gözləyirik. Türkiyə və ŞKTR-i istisna edən hər hansı layihə Şərqi Aralıq dənizində uğursuzluğa məhkumdur".

Ərdoğan beynəlxalq ictimaiyyəti kipirlilərin artıq yarım əsr davam edən ədalətsiz təcridinə son qoymağa və ŞKTR ilə diplomatik, siyasi və iqtisadi əlaqələr qurmağa çağırıb.

Prezident əlavə edib ki, Türkiyənin Kipr adasının qərb hissəsində hüquqları və yurisdiksiyası var, türk kipirlilərin isə sahilə bitişik bölgələrdə qanuni hüquqları mövcuddur. Ərdoğana görə, Kipr məsələsinin həlli "federasiya modeli üzərində qurula bilməz, çünki bu model bir neçə dəfə təklif olunub, lakin yunan Kiprinin qəti mövqeyi səbəbindən uğursuz olub".

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR