İnsanlara hürriyət, millətlərə istiqlal!

Zurabyan Paşinyanla debatlara hazır olduğunu açıqladı

Ermənistan Milli Konqresinin (AMK) sədr müavini Levon Zurabyan baş nazir Nikol Paşinyanla keçiriləcək mümkün debatlarda ölkənin birinci prezidenti, AMK lideri Levon Ter-Petrosyanın əvəzinə iştirak etməyə hazır olduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, bu barədə Zurabyan sosial şəbəkədə yazıb.

Zurabyan Ter-Petrosyana müraciət edərək bildirib ki, Paşinyanın ünvanına səsləndirilən son tənqidlər böyük ictimai rezonans doğurub və KİV-lərdə, sosial şəbəkələrdə geniş yayılıb. O, Ter-Petrosyanın tənqidlərinin haqlı olduğunu qəbul etdiyini, lakin vəziyyətin həssas xarakter daşıdığını qeyd edib.

Zurabyanın iddiasına görə, Nikol Paşinyanın emosional reaksiyaları və qeyri-sabit davranışları ölkənin təhlükəsizliyi üçün ciddi risklər yaradır. O, baş nazirin Ermənistanın maraqlarına zidd addımlar ata biləcəyini, hətta beynəlxalq müstəvidə yanlış açıqlamalar verərək ölkəni çətin vəziyyətə sala biləcəyini iddia edib.

“Cənab prezident, vəziyyət ciddidir. Paşinyan debat ideyası ilə belə öz psixi vəziyyətini ağırlaşdırır və ölkənin sabitliyi üçün təhlükə yaradır. Buna görə də sizin adınızdan bu debatlarda iştirak etməyə hazıram və bunun həm siyasi, həm də “terapevtik” təsir göstərəcəyinə əminəm”, - Levon Zurabyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2025

23 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR