Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp yaxın saatlarda Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının tribunasından çıxış edəcək.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, Trampın nitqinin əsas xəttini “Amerikanın dünya miqyasında gücünün bərpası” mövzusu təşkil edəcək.
ABŞ liderinin qlobal institutları sərt tənqid edəcəyi, onların mövcud dünya düzənini zəiflətməsindən danışacağı gözlənilir.
Nitqdə beynəlxalq münaqişələrə də xüsusi diqqət ayrılacaq.
Trampın Ukraynadakı müharibə, Qəzzadakı vəziyyət və Fələstin dövlətinin tanınması məsələsinə ayrıca toxunacağı ehtimal olunur.
Bundan əlavə, Trampın BMT çərçivəsində müxtəlif ölkələrin liderləri və beynəlxalq qurumların rəhbərləri ilə ikitərəfli və çoxtərəfli görüşlər keçirməsi planlaşdırılıb.
Qərb mətbuatı yazır ki, bu çıxış həm ABŞ-ın yeni xarici siyasət kursunun sərhədlərini, həm də Tramp administrasiyasının beynəlxalq təşkilatlarla münasibətlərindəki tonunu müəyyənləşdirəcək.
Musavat.com
23 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ