İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp BMT-dən Avropaya XƏBƏRDARLIQ ETDİ: “Dərhal dayandırılmalıdır!” - VİDEO

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Avropa ölkələri oxşar addımlar atacağı halda, Vaşinqton Rusiya və onun tərəfdaşlarına qarşı yeni tariflər tətbiq etməyə hazırdır.

Musavat.com xəbər verir ki, o, BMT Baş Assambleyasındakı çıxışında Avropanın Rusiyadan enerji asılılığını tam dayandırmalı olduğunu vurğulayıb.

Tramp həmçinin Ukrayna münaqişəsinə toxunaraq bildirib ki, bu problemin həlli digər münaqişələrdən daha asan ola bilərdi. Onun sözlərinə görə, döyüşlər heç vaxt onun rəhbərliyi dövründə başlamazdı.

“Hamı düşünürdü ki, Rusiya bu müharibədə üç günə qalib gələcək, lakin belə olmadı. Bu gün Moskva münaqişədə olduqca pis görünür”, – Tramp deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR