Onlayn ictimai-siyasi qəzet
30 yaşlı Rakeş Kumar Sankt-Peterburqdakı ali məktəblərdən birinə qəbul olunub və 7 avqustda tələbə vizası ilə Rusiyaya yollanıb. Lakin nəticədə o, Ukraynada cəbhədə tapılıb.
Musavat.com xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.
Kumarın qohumlarının sözlərinə görə, Rusiyaya gəldikdən bir neçə gün sonra o, ailə üzvləri ilə söhbətlərində “işlərin plan üzrə getmədiyini” bildirməyə başlayıb. 30 avqustda isə yaxınlarına məcburi qaydada Rusiya ordusuna çağırıldığını və tezliklə müharibəyə göndəriləcəyini yazıb. Hətta o, ailəsinə rus hərbi formasında çəkilmiş fotosunu da göndərib.
Bundan sonra Kumar ailəsi ilə son dəfə naməlum Rusiya nömrəsindən danışıb və bildirib ki, pasportu və digər sənədləri əlindən alınıb, elektron poçt yazışmaları silinib və o, Donbasda hərbi hazırlıq keçməyə məcbur edilib. Bu, onun yaxınları ilə son əlaqəsi olub. Ailəsi Hindistan hakimiyyətindən kömək istəyib.
Nəşrin məlumatına görə, bu, ilk hadisə deyil. Jurnalistlərin yazdığına əsasən, oxşar vəziyyətlə azı 20 hindistanlı üzləşib. Onlar iş və ya təhsil məqsədilə Rusiyaya gedib, lakin sonradan döyüşməyə məcbur ediliblər.
Musavat.com
23 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ