İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko: “Biz dron görəndə qaçmırıq”

“Belarus heç kəsi fəth etməyə çalışmır, lakin hər hansı bir təcavüzkara cavab vermək gücündədir”.

Musavat.com xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

“Biz heç kəsi təhdid etmirik. Biz bir dəfə onlara dedik və bu kifayətdir. Düşünürəm ki, bizi eşitdilər. Hamı ağıllıdır və başa düşür. Neçə dəfə desək də… Biz hər hansı bir təcavüzkara cavab vermək iqtidarındayıq. Heç kəsi fəth etməyə çalışmırıq, çünki fəth edə bilmərik. Bunu yaxşı başa düşürük. Ətrafımızda güclü dövlətlər var, nə deyəsən. Amma qəbulolunmaz zərər vurulacağı təqdirdə onu vurmağa daim hazırıq, əgər kimsə bizim torpağa ayaq basarsa…”, - deyə Belarus dövlət başçısı qeyd edib.

Lukaşenko bildirib ki, rəsmi Minskin Polşa və ya Latviyaya daxil olan dronlarla heç bir əlaqəsi yoxdur.

“Biz yarım dronu vurduqdan sonra onlar qışqırmağa başladılar, hətta kimin dronu olduğunu bilmədən. Vurdular və bununla iş bitdi. Bir neçə dronu isə vura bilmədik. Bu dronları məhv etmək üçün böyük vəsait sərf etdik. Onlar bizim torpağımıza deyil, Polşaya doğru uçurdular. Həmçinin onlara bildirildi — neçə dron var və hara gedirlər. Biz də bilirdik, kimin dronlarıdır və “işləyin” əmri verdik. Onlar bunu etiraf edirlər, amma buna baxmayaraq, pis niyyətlərini davam etdirirlər. Deməli, onların müəyyən planları var — biz bu planları üzə çıxarmalıyıq. Biz onları üzə çıxarmışıq və buna qarşı durmalıyıq, heç kimsəyə izah vermədən…”, - deyə Aleksandr Lukaşenko qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR