İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp BMT-ni hədəfə aldı: “Heç nəyə yaramır”

ABŞ prezidenti Donald Tramp BMT-ni dünyadakı münaqişələrin həlli məsələsində fəaliyyətsizlikdə ittiham edib.

Musavat.com-un xəbərinə görə, Nyu-Yorkda keçirilən Baş Assambleyanın yüksək səviyyəli həftəsində çıxış edən Tramp bildirib ki, təşkilatın “nəhəng potensialı var, amma o, bunu həyata keçirməyə yaxın belə deyil”.

Donald Tramp son 7 ayda 7 müharibəni dayandırdığını vurğulayıb:

“Çox məşğul idim – milyonlarla insanın həyatını xilas etməklə və müharibələri bitirməklə. Amma başa düşdüm ki, BMT bizə heç bir kömək etmir... Əgər belədirsə, onda BMT-nin mənası nədir?”

Tramp xatırladıb ki, ilk prezidentlik dönəmində yaratdığı sabitlik indi dağılıb və yerini böyük böhranlara verib:

“Son dəfə bu zalda dayanıb çıxış etdiyimdən altı il ötür. Həmin vaxt dünya firavan və dinc idi. Mənim yaratdığım sülh iki qitədə dağıldı, sakitlik və sabitlik dövrü isə tariximizin ən böyük böhranlarından biri ilə əvəzləndi”.

Onun sözlərinə görə, ABŞ “Baydenin dörd illik radikalizmini geridə qoyub”, indi ölkənin dünyada rəqibi qalmayıb.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR