Onlayn ictimai-siyasi qəzet
Ermənistanda yerli prokurorluq “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyan və onun ailəsinə qarşı qanunsuz yolla əldə edilmiş əmlakın müsadirəsi tələbi ilə iddia qaldırıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumat “Datalex” saytında yerləşdirilib.
Məlumata görə, iddia Qaqik, Cavair, Nver, Ovanes, Kolik, Roza Tsarukyan, Sedrak Arustamyan, Varditer Xaçatryan, Arpi Avetisyan, Tiqran, Armine Manukyan və Robert Mkrtçyana qarşı irəli sürülüb.
İş üzrə üçüncü tərəf qismində Tsarukyanla bağlı bir sıra şirkətlər çıxış edir. Onların sırasında “Milli Olimpiya Komitəsi” İctimai Birliyi, “Zvartnots Xanding”, “Şustov Ticarət Evi” QSC, “Ararat Yerevan Konyak-şərab və araq zavodu” ASC, “Onira Klub”, “Multi Avtotrans”, “Global Motors”, “Armbeton”, “Multi Motors”, “Megamotors”, “Multi Sis”, “Multi Wellness Center”, “Multi Agrovei”, “Artben” MMC var.
İş Antikorrupsiya Mülki Məhkəməsinin hakimi Lili Drmeyan tərəfindən icraata götürülüb.
Qeyd edək ki, həmin hakim 2023-cü ildən Tsarukyan, onun ailəsi və əlaqəli şəxslərə qarşı digər qanunsuz əmlakın müsadirəsinə dair işi də araşdırır.
Qaqik Tsarukyan isə sentyabrın 18-də 2026-cı il parlament seçkilərində iştirak edəcəyini bəyan edib.
Musavat.com
24 Sentyabr 2025
23 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ