İnsanlara hürriyət, millətlərə istiqlal!

Medianews.az-a TƏBRİK: 13 illik uğurlu yolun yeni mərhələsi

Bu gün ölkənin aparıcı xəbər portallarından biri olan Medianews.az saytının fəaliyyətə başlamasından 13 il ötür.

Musavat.com xəbər verir ki, 23 sentyabr 2012-ci ildə oxucularla ilk dəfə görüşən sayt ötən illər ərzində həm ölkədaxili, həm də beynəlxalq hadisələri izləyicilərinə vaxtında, obyektiv və dəqiq çatdırmaqla seçilib.

Medianews.az daim haqqı tapdalanan insanların, dövlətçiliyin və Azərbaycanın haqlı mövqeyinin yanında olmaq prinsipini əsas fəaliyyət xətti kimi qəbul edib.

2016-cı ildən Azərbaycan Mətbuat Şurasının üzvü olan Medianews.az 2022-ci ildən etibarən isə MEDİA Agentliyinin tərəfdaşına çevrilib. 2022-ci ildə sayt tamamilə yenilənərək yeni dizayn və funksionallıqla oxucularına təqdim olunub. 2025-ci ildə isə portal bir daha təkmilləşdirilərək daha sürətli və interaktiv xüsusiyyətlərlə müasir xəbər platformalarının standartlarına uyğunlaşdırılıb. Medianews.az hazırda Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir və istifadəçilərinə geniş informasiya spektri təqdim edir.

Sayt təkcə gündəlik xəbərlərlə kifayətlənməyib, həmçinin şəhid və qazilərimizin həyat və döyüş yoluna, Azərbaycanın beynəlxalq aləmdə haqq mübarizəsinə, tanınmış yazar və ekspertlərin köşə yazılarına, texnologiya və mədəniyyət mövzularına da geniş yer ayıraraq auditoriyasının rəğbətini qazanıb.

"Yeni Müsavat" Media Qrupu ailəsi olaraq biz də dost və doğma kollektivimiz olan Medianews.az-ı mövludunun 13-cü ildönümü münasibətilə ürəkdən təbrik edir, böyük uğurlar arzulayırıq. Saytın qurucusu və baş redaktoru Ələsgər Süleymanov başda olmaqla bütün kollektivə jurnalistikanın yüksək standartlarına sadiq qalaraq informasiya sahəsindəki fəaliyyətlərində yeni nailiyyətlər diləyirik.

ALASGAR.jpeg (240 KB)

Medianews.az saytının qurucusu, baş redaktoru Ələsgər Süleymanov


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR