İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus gəncləri daha çox yaşlı qadınlara üstünlük verir

Rusiyada aparılan sorğular maraqlı tendensiyanı ortaya çıxarıb: 20–30 yaş aralığındakı hər üçüncü kişi qadın seçimində özündən yaşca böyük partnyora üstünlük verir.

Musavat.com xəbər verir ki, son beş ildə bu kateqoriyaya aid gənclərin sayı təxminən 40 faiz artıb.

Sosioloqların rəyinə görə, gənc kişiləri cəlb edən əsas amillər qadınların həyat təcrübəsi, özünəinamı, emosional yetkinliyi və qarşılıqlı “kimya” faktorudur.

Bununla yanaşı, müasir kosmetologiya və plastik cərrahiyyə də 40 yaşdan yuxarı qadınların vizual cazibəsini artıraraq onları daha arzuolunan edir.

Beləliklə, orta nəsil qadınlar əvvəlkindən daha çox gənc kişilər tərəfindən tərəfdaş kimi qəbul olunur. Ekspertlər bildirirlər ki, bu meyl yaxın illərdə də güclənərək cəmiyyətin ailə və münasibət modelinə yeni çalarlar gətirəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR