Onlayn ictimai-siyasi qəzet
Rusiya ordusunun Ukraynanın Dnepropetrovsk vilayətinə hücumu həm də bufer zonasının yaradılması istiqamətində işdir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Rusiya Silahlı Qüvvələrinin Dnepropetrovsk vilayətinə hücumunu bufer zonası yaratmaq işi adlandırmaq olarmı?” sualına Kremlin sözçüsü "Hərbi əməliyyatların öz nüanslarından danışsaq, əlbəttə ki, siz öz suallarınızı Müdafiə Nazirliyinə ünvanlamalısınız" deyə cavab verib.
Peskov vurğulayıb ki, Rusiya ordusunun Dnepropetrovsk vilayətinə hücumu digər nüanslarla yanaşı, Ukraynada Rusiya sərhədlərinin qorunması üçün zəruri olan bufer zonasının yaradılması naminə həyata keçirilir. Qeyd edək ki, iyunun 8-də Rusiya ordusunun Ukraynanın Donetsk vilayətinin Dnepropetrovsk vilayəti ilə sərhədinə çıxdığı və Dnepropetrovsk vilayəti ərazisinə daxil olmasına dair məlumatlar yayılıb.
İyunun 9-na keçən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın müxtəlif vilayətlərinə pilotsuz uçuş aparatları və raketlərlə növbəti hücumlar həyata keçirib. Kiyev şəhərinin hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko “Telegram” kanalında bildirib ki, paytaxtın Darnitski rayonunda baş verən hücum nəticəsində bir ofis binası zədələnib.
Rovno vilayətində gecə saatlarında “güclü hava zərbəsi” qeydə alınıb. İlkin məlumatlara əsasən, bir mülki şəxs yaralanıb. Dnepropetrovsk vilayətində dron hücumları nəticəsində infrastruktur obyektlərinə ziyan dəyib, lakin xəsarət alanlar yoxdur. Çerkassı vilayətinin hərbi administrasiyasının rəhbəri İqor Taburetsin sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri bölgə üzərində ümumilikdə 33 ədəd Rusiya istehsalı pilotsuz uçuş aparatını məhv edib. “Xəsarət alan yoxdur, lakin çoxsaylı dağıntılar var,” – deyə o əlavə edib.
TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Elçin Xalidbəyli ilə müzakirə edir.
https://www.youtube.com/@musavattv
09 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ