Onlayn ictimai-siyasi qəzet
Tehranda hava hücumu nəticəsində “Hizbullah”ın keçmiş lideri Həsən Nəsrullahın şəxsi mühafizəçisi Əbu Əli əl-Xəlilin öldürüldüyü bildirilir.
Musavat.com xəbər verir ki, bu barədə “Al-Arabiya” telekanalı “Hizbullah”ın Livandakı mənbələrinə istinadən məlumat yayıb.
İsrailin “Kanal 12” telekanalı da xəbər verib ki, hücum nəticəsində Əbu Əli əl-Xəlilin oğlu, "Kataib Seyyid əş-Şühəda" qruplaşmasının yüksək rütbəli üzvü, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən dəstəklənən iraqlı döyüşçü Heydər əl-Musəvi də həyatını itirib.
Bundan əvvəl İranın "Kayhan" qəzeti ilkin və qeyri-rəsmi mənbələrə istinadən İranda Livan "Hizbullah"ının üç üzvünün öldürüldüyünü yazmış, lakin onların kimliyi və digər təfərrüatları açıqlamamışdı.
Musavat.com
21 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ