Onlayn ictimai-siyasi qəzet
İsraillə İran arasında davam edən silahlı toqquşmaların 8-ci günündə Tel-Əvivdə qeydə alınan kadrlar beynəlxalq medianın diqqətini cəlb edib.
Musavat.com "Haberler"ə istinanadən xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu İranla bağlı fikirlərini canlı yayımda səsləndirdiyi vaxtda arxa planda, daha əvvəl raket zərbəsi ilə zədələnmiş çoxmərtəbəli bina qəfil çöküb. Hadisə elə onun çıxışı zamanı baş verib və o anlar televiziya kameraları tərəfindən saniyə-saniyə qeydə alınıb.
Partlayış səsini eşidən Netanyahu reflekslə səslənən istiqamətə dönüb və qısa müddətlik təlaş içində qalıb. Onun üz ifadəsində yaranan təşviş və narahatlıq canlı yayımda aydın görünərək sosial mediada geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, 13 iyundan etibarən İsrailin "Oyanan Şir", İranın isə "Həqiqi Vəd" adlandırdığı qarşılıqlı raket hücumları nəticəsində hər iki ölkə ciddi itkilər verib. İsrailin zərbələri nəticəsində İranın Baş Qərargah rəisi Məhəmməd Bakıri və SEPAH-ın yüksək rütbəli komandiri Hüseyn Səlami də daxil olmaqla azı 227 nəfərin öldüyü bildirilir. İranın cavab hücumlarında isə Tel-Əviv, Hayfa və Qüds şəhərləri hədəfə alınıb, nəticədə 25 nəfər həlak olub, 500-dən çox insan isə yaralanıb.
Musavat.com
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ