İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahudan hədə mesajı: “Xameneyini zərərsizləşdirə bilərik”

İsrail Baş naziri Benyamin Netanyahu mümkün hədəfli əməliyyatlarla bağlı qalmaqallı açıqlama verib. O, İranın ali dini lideri Əli Xameneyinin fiziki olaraq aradan qaldırılması ehtimalını istisna etməyib.

Musavat.com xəbər verir ki, Netanyahu bu barədə ABC News telekanalına verdiyi müsahibəsində danışıb. Onun sözlərinə görə, belə bir addım bölgədəki gərginliyi artırmayacaq, əksinə – “sakitləşdirici təsir” göstərə bilər:

“Əgər bu addım atılsa, bu münaqişəni dərinləşdirməz. Əksinə, vəziyyəti sabitləşdirə bilər.”

İsrail baş nazirinin bu açıqlaması regionda gərginliyin daha da alovlana biləcəyinə dair narahatlıqları artırıb. Analitiklər bu bəyanatın həm psixoloji təzyiq vasitəsi, həm də real ssenariyə hazırlıq mesajı ola biləcəyini bildirirlər.

Rəsmi Tehran hələlik bu açıqlamaya münasibət bildirməyib, lakin İran rəsmilərinin cavab reaksiyası gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyun 2025

16 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR