Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın nüfuzlu “The New York Times” qəzeti Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək axşam danışıqları ilə bağlı pessimist proqnoz verib.
Musavat.com-un məlumatına görə qəzet yazır ki, tərəflərin bu gün sülh razılığına gəlməsi ehtimalı son dərəcə aşağıdır.
“Analitiklər tərəflərin ümumi razılığa gələcəyini gözləmir. Bunun əvəzində, əsirlərin və həlak olan hərbçilərin cəsədlərinin mübadiləsi kimi ikinci dərəcəli məsələlərdə addımlar atıla bilər ki, bu da qarşılıqlı anlayışın yaranmasına işarədir,” – deyə qəzet qeyd edib.
Məqalədə bildirilir ki, Rusiya indiyədək Ukraynaya 7000-dən çox cəsəd təhvil verdiyini, Ukraynanın isə təxminən 100 cəsəd qaytardığını açıqlayıb. NYT hesab edir ki, bu cür mübadilələr Kremlin siyasi baxımdan işinə yaraya bilər, çünki Kiyev bu yolla rəsmi itki sayını artırmaq məcburiyyətində qala bilər.
Nəşrin fikrincə, Rusiya və Ukraynanın danışıqlara getməsinin əsas səbəblərindən biri ABŞ prezidenti Donald Trampın hər iki tərəfə təzyiq etməsidir. Lakin bəzi analitiklərə görə, tərəflərin öz sülh şərtlərini açıq şəkildə ortaya qoyması artıq diplomatik prosesin başlandığını göstərir.
Danışıqların taleyi yaxın saatlarda məlum olacaq.
Musavat.com
26 Iyul 2025
25 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ