Onlayn ictimai-siyasi qəzet
“Avroviziya” qalibimiz Nigar Camal deleqasiyamızı sərt tənqid edib.
Musavat.com xəbər verir ki, müğənni bu barədə “Afaqla 10lar” verilişində danışıb.
Nigar “Deleqasiya rəhbəri olmaq istərsənmi” sualına belə cavab verib:
“Deleqasiyamızın rəhbəri olmaq istərdim. Niyə də yox? Çünki çox zəif komandamız var. Biz bu il 37 ölkədən 37-ci yeri tutduq. Düşünürəm ki, bu, komandamızla əlaqəlidir. Mütləq yeniləmək lazımdır.
“Avroviziya”da tanışlarımız çoxdur, yaxşı bilirik ki, necə keçir? Tək mən yox, heç kim məmnun deyil. 3 ildir finala keçmirik, biabırçılıqdır. Finala keçməyə çalışmaq lazımdır. Boykot zəif addım olar, məncə, mütləq finala keçməliyik”.
Könül
Musavat.com
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ