Onlayn ictimai-siyasi qəzet
Sosial media fenomeni Bahar Candan bu yaxınlarda dünyasını dəyişən bacısı Nihal Candan üçün halva qovurub.
Musavat.com xəbər verir ki, sözügedən görüntüləri bir müddət əvvəl həbsdən çıxan Dilan Polat paylaşıb.
Polatın paylaşımı qısa zamanda çoxlu istifadəçi sayına çatıb və sosial mediada böyük əks-səda doğurub.
Halvanın görüntülərini paylaşan Dilan Polat bir çox sosial media istifadəçisi tərəfindən "həssaslıq" və "yas tutmur, reklam edir" şərhləri ilə tənqid olunub.
Polat qısa müddət sonra sosial media hesabından bəzi şəkilləri silib.
Qeyd edək ki, Nihal Candan anoreksiya nevroza xəstəliyindən əziyyət çəkirdi.
29 kilo olaraq xəstəxanaya yerləşdirilən fenomen orada vəfat edib.
Könül
Musavat.com
23 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ