İnsanlara hürriyət, millətlərə istiqlal!

Nurlan Əzizbəyli tanınmaz dərəcədə ARIQLADI - VİDEO

Uzun müddətdir efirlərdə az görünən müğənni Nurlan Əzizbəyli verilişlərin birində görüntülənib.

O, sərt fikirləri ilə gündəm yaradıb. Sənətçi çıxışı zamanı musiqi aləmindəki vəziyyətdən narazılığını açıq şəkildə bildirib.

Əzizbəyli qeyd edib ki, o, həmişə əsl sənətin arxasınca getdiyini, amma bu gün keyfiyyətli musiqiyə dəyər verilmədiyini düşünür:

"Mən tənbəl deyiləm. Dövlət tədbirlərində iştirak edirəm, peşəkar fəaliyyətim var, amma bunlar işıqlandırılmır. İndi sənəti yox, başıboşların zəmanəsidir".

Müğənni həmçinin bayağı ifalardan və səviyyəsiz musiqilərin efirləri zəbt etməsindən gileylənib. Onun fikrincə, bu hal istedadlı sənət adamlarının kölgədə qalmasına səbəb olur.

Bundan başqa, Nurlan Əzizbəylinin son görüntülərində xeyli çəki atması da izləyicilərin diqqətini çəkib. Sosial şəbəkə istifadəçiləri onun bu görünüşünə müxtəlif rəylər yazıblar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR