İnsanlara hürriyət, millətlərə istiqlal!

Ögey atasını bıçaqlayan 18 yaşlı gənc məhkəmədə HƏBS EDİLDİ

18 yaşlı şəxs mübahisə etdiyi atalığını bıçaqlayıb. Ona qarşı qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham irəli sürülüb.

Musavat.com xəbər verir ki, hadisə Sabunçu rayonu, T.Kazımov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində baş verib.

18 yaşlı Murad atalığı Elçin adlı şəxsi bıçaqlayıb. Hadisənin baş verməsinə səbəb Elçinin evə sərxoş gəlməsi olub. Sərxoş olan Elçin ər-arvad münasibətində yaşadığı qadınla və onun anası ilə mübahisə edib. Səs-küyə gələn Murad əlində olan bıçaqla Elçinə bir neçə zərbə endirib.

Hadisə günü Elçin evə gələn zaman içkili olub. Muradın nənəsi Ramazan ayı olduğu üçün Elçinin onların evinə sərxoş gəlməsini qəbul etməyib. Buna görə mübahisə yaranıb.

Murad özünü təqsirli bilməyib. Deyib ki, əlində bıçaq olsa da, Elçini vurmayıb. Muradın sözlərinə görə, Elçin hasardan tullanan zaman manqalın üstünə yıxılıb və xəsarət alıb.

Məhkəmə araşdırması zamanı zərərçəkmiş Elçin Muraddan şikayətçi olmadığını deyib.

Hökmə əsasən Murad 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.

İ.Muradov,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR