Onlayn ictimai-siyasi qəzet
OPEC+ razılaşmasının 8 iştirakçısı (Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman) avqust ayında hasilatı sutkada 548 min barel artıracaq.
Musavat.com xəbər verir ki, məlumat OPEC-in açıqlamasında yer alıb.
Açıqlamada bildirilir ki, güclü qlobal iqtisadi mənzərə və aşağı neft ehtiyatları ilə əks olunan hazırkı sağlam bazar əsasları nəzərə alınmaqla, səkkiz iştirakçı ölkə iyul ayı ilə müqayisədə 2025-ci ilin avqustunda hasilatı sutkada 548 min barel artıracaq.
Bu, bu ilin yazında razılaşdırılmış dörd aylıq artıma bərabərdir. Bu razılaşma dəyişdirilərək maydan etibarən gündəlik artımın 411min barelə çatdırılması ilə əvəz olunub. Eyni variant avqust ayı üçün də nəzərdə tutulmuşdu. Lakin bu günkü müzakirələrdə gündəlik hasilatın daha çox artırılması qərara alınıb.
OPEC xatırladır ki, bazar sabitliyini qorumaq üçün bu artımlar dəyişən bazar şəraitindən asılı olaraq dayandırıla və ya ləğv edilə bilər.
Musavat.com
06 Iyul 2025
05 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ