İnsanlara hürriyət, millətlərə istiqlal!

Orban Brüsseli açıq şəkildə şantaj edir – “Pulumuzu almayana qədər büdcəyə yox deyəcəyik”

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqına qarşı sərt mövqe nümayiş etdirib. O, Budapeştin Aİ-nin yeni büdcəsini təsdiqləməyəcəyini bəyan edib və birbaşa maliyyə təzyiqinə keçib.

Musavat.com xəbər verir ki, Euronews-un məlumatına görə, Orban bildirib:

“Bizə çatmalı olan vəsaiti almayana qədər yeni büdcə olmayacaq. Bu pulları evə qaytarmalıyıq və suverenlik məsələlərində güzəştə getməyəcəyik".

Hazırda Avropa Komissiyası Macarıstan üçün nəzərdə tutulan təxminən 18 milyard avro məbləğində vəsaiti dondurub. Bu məbləğin 9,5 milyard avrosu COVID-19 bərpa fondundan, 8,4 milyard avrosu isə sosial-iqtisadi yaxınlaşma fondlarından ayrılmalı idi.

Brüssel bu vəsaitlərin dondurulmasına səbəb kimi Macarıstanda demokratik institutların zəifləməsi və hüququn aliliyi prinsiplərinə zidd addımları göstərir. Lakin Orban hökuməti bunu siyasi təzyiq və suverenliyə müdaxilə kimi qiymətləndirir.

Analitiklər bu gedişi Orbanın Aİ içindəki mövqeyini gücləndirməyə yönəlmiş açıq siyasi şantaj adlandırırlar və qeyd edirlər ki, bu qarşıdurma Brüsselin gələcək qərarlarını çətinləşdirə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR