Onlayn ictimai-siyasi qəzet
Macarıstanın baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqına qoşulmasına qarşı çıxıb. Onun fikrincə, bu, müharibənin Avropanın mərkəzinə keçməsinə gətirib çıxara bilər.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunun əvəzinə o, Ukraynanı bufer zonasına çevirməyi təklif edib.
Orban həmçinin vurğulayıb ki, Ukrayna Rusiya ilə Aİ arasında bufer dövlətdir və onun sözlərinə görə, bundan qaçmaq olmaz.
“Bu, narahatlıq doğura, yaxşı olmaya bilər və kimsə bundan yaxa urtarmaq istəyə bilər, amma məsələ burasındadır ki, ölkənin ünvanını dəyişmək mümkün deyil”, -Orban deyib.
Qeyd edək ki, Macarıstan rəhbərinin anti-Ukrayna çıxışları ilk dəfə deyil. Bundan əvvəl o, Avropa İttifaqının Ukraynaya maliyyə yardımı göstərməsinə qarşı da çıxış edib.
Musavat.com
29 Iyul 2025
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ