Onlayn ictimai-siyasi qəzet
Rusiya və Ermənistanın baş nazirləri Mixail Mişustin və Nikol Paşinyan 24 iyul tarixində keçirilən görüş zamanı, o cümlədən, ticarət-iqtisadi əməkdaşlığı müzakirə ediblər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Överçukun jurnalistlərə verdiyi müsahibədə Moskva ilə İrəvan arasında ticarət dövriyyəsinin azalması Rusiyanı narahat etdiyini bildirib.
“Ermənistanın baş naziri Nikol Vovaeviç Paşinyanla ticarət-iqtisadi əməkdaşlığın inkişafı məsələlərində dayandıq. Təbii ki, iki ölkə arasında ticarət dövriyyəsinin azalması bizi narahat edir. Vəziyyətin yaxşılaşdırılması üçün hansı addımların atılmasının vacib olduğunu müzakirə etdik,” – deyə Rusiya hökumət sədrinin müavini bildirib.
Musavat.com
26 Iyul 2025
25 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ