Onlayn ictimai-siyasi qəzet
Keçmiş model, sosial şəbəkədə bahalı həyat tərzi ilə məşhurlaşan Diana Əhədpur bir neçə gün əvvəl xərçəngdən vəfat edən türkiyəli müğənni Şimal Gülənlə bağlı paylaşım edib.
Diana özünün də xərçəngdən əziyyət çəkdiyini bildirib.
"Biz Şimalla qədər dostuyuq. Yaxın dostlarım bilir ki, biz eyni xəstəlikdən əziyyət çəkirdik. 2 il əvvəl gözəl xəbər aldım və həkim "hər şey bitdi" dedi. Həyata geri döndük. Biz güclü qadınlarıq" deyən Diana videoya "Ölümün ən son yaraşdığı insan sən idin, qədər dostum. Biz güclü qadınlarıq, öldüyün üçün gücünü itirmədin. Əsas odur ki, yaddaşlarda güclü qaldın. Bu dünyada səsin kimi gözəl bir şey buraxdın. Səni son nəfəsimə qədər unutmayacaöam" sözlərini əlavə edib.
Qeyd edək ki, Diana iran əsilli biznesmen Manuçehr Əhədpurla ailəlidir. Birləşmiş Ərəb Əmirliyində yaşayan Diananın bir oğlu var. /axşam.az
03 Iyun 2025
02 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ