Onlayn ictimai-siyasi qəzet
Pakistanın cavab zərbələri nəticəsində Hindistan Silahlı Qüvvələrinin 6 Mahar batalyonunun qərargahı da məhv edilib.
Musavat.com xəbər verir ki, bu barədə “Daily Pakistan” qəzeti məlumat yayıb.
Təhlükəsizlik mənbələrinin verdiyi məlumata görə, Hindistanın 6 Mahar hərbi hissəsi Azad Kəşmirin Lipa vadisində yerləşir.
Pakistan tərəfindən Hindistanın təcavüzünə qarşı qətiyyətli cavab davam etdirilir.
Digər tərəfdən, Hindistan Hərbi Hava Qüvvələrinə məxsus bir təyyarənin məhv edildiyi görüntülər də ictimaiyyətə təqdim olunub.
Təhlükəsizlik mənbələrinin bildirdiyinə görə, təyyarə Axnor (Akhnoor) sektorunda vurulub.
Musavat.com
08 May 2025
07 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ