İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Gümrüdə fəvvarədən səslənən mahnıya münasibət bildirdi

Ermənistanın baş naziri Nikol Paşinyan Gümrü şəhərində yeni açılmış fəvvarələrdən "Dolya vorovskaya" adlı kriminal məzmunlu mahnının səsləndirilməsinə münasibət bildirib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, O, bununla bağlı sosial şəbəkədə xüsusi şərh yazıb: “Oğru həbsxanada oturmalıdır, fəvvarə ilə əylənməməlidir”,-deyə Paşinyan qeyd edib.

Məsələ ilə bağlı Ermənistanın Ərazi İdarəetməsi naziri David Xudatyan da açıqlama verib. Onun sözlərinə görə, “Gümrü şəhər rəhbərliyi fəvvarəni sanki havadan əldə edib və indi onunla nə edəcəyini bilmir".

Nazir bildirib ki, bu cür musiqilərlə fəvvarənin işə salınması yolverilməzdir:

“Mən sizə bir daha bugünkü rüsvayçılığı və kriminal altkulturanı tərənnüm edən mahnı ilə fəvvarəni işə salmağı tövsiyə etməzdim”,-deyə erməni nazir bildirib.

Qeyd edək ki, hadisə ötən axşam baş verib və yeni fəvvarələrdən kriminal aləmə aid sayılan “Dolya vorovskaya” mahnısı səsləndirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR