İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan: Katolikos qardaşdır, amma vəzifədən getməlidir

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, bütün evli keşişlər onun qardaşlarıdır, çünki onlar nə xalqı, nə də Tanrını aldatmırlar.

Musavat.com erməni mediasına istinaədn xəbər veri rki, bu barədə o, “Facebook” hesabında yazıb. Onun sözlərinə görə, bəzi evli keşişlər onun bu fikrinə qarşı çıxmağa cəhd göstəriblər, lakin bu, mövqeyini dəyişmir.

“Mən sual vermədim, bəyan etdim və bir daha deyirəm: bütün evli keşişlər mənim qardaşlarımdır, hətta mənim əleyhimə danışanlar da, çünki onlar nə xalqı, nə də Allahı aldadır.”

Paşinyan daha sonra Erməni Apostol Kilsəsinin hazırkı Katolikosu II Qaregini (həqiqi adı Ktriç Nersisyan) tənqid edərək bildirib ki, o, keşişlikdə üstün mövqeyi yalnız subaylıq andı ilə qazanıb, amma bu andı pozub:

“Əgər sizin uşağınız varsa və Ktriç Nersisyanın da uşağı varsa, o zaman o, sizdən niyə üstün tutulur? Bu, o halda baş verir ki, siz doğrularsınız, amma o, xalqı və Allahı aldadır.”

Paşinyan bildirib ki, Ktriç Nersisyan da onun qardaşıdır, lakin o, artıq Katolikos deyil və Patriarx iqamətgahını tərk etməlidir:
“Əgər özü getməzsə, biz birlikdə, qardaşcasına, onu uzaqlaşdıracağıq, əziz evli keşişlər,” – deyə erməni baş nazir vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2025

01 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR