İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan ŞOK İTTİHAM: “Ter-Petrosyan və katolikos populist və dələduzdur"


Ermənistanın baş naziri Nikol Paşinyan sabiq prezident Levon Ter-Petrosyanı və bütün ermənilərin katolikosu II Qareginini “populist və dələduz” adlandırıb.

Musavat.com xəbər verir ki, bu barədə Paşinyan şəxsi Telegram kanalında paylaşım edib. Onun sözlərinə görə, Levon Ter-Petrosyan Ermənistanda seçkilərin saxtalaşdırılması ənənəsinin banisidir və bu səbəbdən katolikos Qaregin II kimi bir “populist və dələduzu” dəstəkləməsi təəccüblü deyil.

Qeyd edək ki, iyunun 7-də Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan katolikos Qaregin II ilə görüş keçirib və ona dəstəyini ifadə edib. Görüş zamanı o, Ermənistan hakimiyyətinin 1700 illik kilsəyə qarşı “anti-konstitusion müdaxilələrini” kəskin tənqid edib.

Paşinyanın bu sərt açıqlaması ölkədə kilsə ilə hökumət arasında gərgin münasibətlərin daha da dərinləşdiyindən xəbər verir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR