Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan hökumət tərəfindən Gümri şəhərində inşa edilmiş “oxuyan fəvvarə” ilə bağlı kəskin narazılığını bildirib.
Musavat.com xəbər verir ki, səbəb fəvvarədə səslənən musiqi olub.
Hadisə iyulun sonunda baş verib. Yeni fəvvarə ictimaiyyətə təqdim olunan zaman rus kriminal dünyasını simvolizə edən məşhur “Dolyа vorovskaya” (“Oğru taleyi”) mahnısı səsləndirilib. Bu isə Paşinyanın sərt reaksiyasına səbəb olub.
Baş nazir rəsmi “Facebook” səhifəsində rus dilində belə yazıb:
“Вор должен сидеть в тюрьме, а не фонтанами баловаться”
(“Oğru həbsxanada oturmalıdır, fəvvarəylə əylənməməlidir”).
Paşinyanın bu paylaşımı Ermənistan cəmiyyətində geniş rezonans doğurub. Bir çoxları hökumət tərəfindən maliyyələşdirilən layihədə belə bir musiqinin səsləndirilməsini zövqsüzlük və siyasi məsuliyyətsizlik kimi dəyərləndirir. Hadisə ilə bağlı Gümri meriyası və layihə icraçıları hələlik açıqlama verməyib.
Musavat.com
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ