İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın təyyarəsi Moskvada: Pispapaq trapdan belə endi - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyanın təyyarəsi bu gün Rusiyanın paytaxtı Moskvaya enib. Bu barədə “RİA Novosti” məlumat yayıb. Paşinyan burada 9 may – İkinci Dünya Müharibəsində Qələbənin 79-cu ildönümünə həsr olunmuş dövlət tədbirlərində iştirak edəcək.

Musavat.com Paşinyanın Moskvaya eniş anlarını əks etdirən görüntüləri təqdim edir.

Paşinyanın Moskvaya səfəri və Vladimir Putinin yanında yer alması onun ikili xarici siyasət xəttinin daha bir nümunəsi kimi qiymətləndirilir. Bir tərəfdən Qərblə münasibətləri gücləndirən, Avropa İttifaqı və ABŞ ilə inteqrasiya cəhdləri göstərən Paşinyan hökuməti, digər tərəfdən kritik mərhələlərdə və simvolik tədbirlərdə Moskvanın yanında dayanmaqdan çəkinmir.

Qərbə yaxın xətt yürüdən, Rusiyanı regional təhlükə kimi təqdim edən Paşinyan, bu gün Kreml tribunasında Putinlə yanaşı dayanacaq və Rusiya hərbi qüvvələrinin keçidini alqışlayacaq. Bu davranış, onun və komandasının daxili auditoriyaya bir, beynəlxalq güclərə isə başqa mesajlar verdiyini göstərir.

Siyasi müşahidəçilər bu gedişi Ermənistan rəhbərliyinin “çoxüzlü” və bəzən ziddiyyətli xarici siyasət kursunun tərkib hissəsi kimi dəyərləndirirlər. Bəzi ekspertlər isə bunu erməni xislətinə xas etibarsızlıq və dönüklük kimi qəbul edirlər.

Musavat.com Paşinyanın Moskvaya gəlişi ilə bağlı videokadrlardan ibarət görüntüləri təqdim edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 May 2025

08 May 2025

BÜTÜN XƏBƏRLƏR