İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın yerinə bu şəxs keçəcək - Aİ-nin alternativi

Avropa İttifaqı rəhbərliyi Ermənistanın baş naziri Nikol Paşinyana qarşı olan səbrini itirib.

Musavat.com xəbər verir ki,  Avropa Komissiyasında artıq Paşinyana alternativ lider axtarışları gedir, bu barədə diplomatik kanallara sızan və sonradan saytlardan silinən sərt tonda yazılmış sənədin məzmunu geniş müzakirə mövzusuna çevrilib.

Sözügedən sənəddə açıq şəkildə bildirilib ki, Brüssel Paşinyanla daha işləmək istəmir və Avropa yönlü müxalifət daxilində daha münasib namizəd axtarılır. Avropa məmurları birbaşa açıqlama verməsələr də, hazırkı baş nazirin “toksik tərəfdaş” statusu qazandığını gizlətmirlər.

Avropa Paşinyandan niyə üz döndərdi?

Paşinyan əvvəllər Avropa İttifaqı üçün demokratik islahatların siması hesab olunurdu. Lakin son illərdəki bir sıra uğursuzluqlar onun nüfuzunu ciddi şəkildə sarsıdıb:

  • Qarabağ böhranı: Ermənistana köçmüş Qarabağ ermənilərinə dəstək vəd edən Paşinyan bu vədləri yerinə yetirməyib. Nəticədə, minlərlə insan sosial təminatsız və gələcək perspektivsiz qalıb, bu isə ölkədə kütləvi etirazlara səbəb olub.
  • Daxili siyasətdə qarşıdurmalar: Paşinyan nüfuzu artırmaq əvəzinə, ölkənin güclü biznes dairələri və Ermənistan Apostol Kilsəsi ilə açıq münaqişəyə girib. Sahibkarların həbsi və kilsəyə qarşı ittihamlar cəmiyyətdə gərginliyi artırıb.
  • Sülh prosesinin ləngiməsi: Avropa İttifaqı Paşinyanın Azərbaycanla sülh sazişi təşəbbüsünü ilkin mərhələdə alqışlasa da, real irəliləyişin olmaması Brüsseldə narazılıq yaradıb. İddialara görə, Ermənistan bilərəkdən danışıqları ləngidir və Aİ-ni aldadır.
  • 270 milyon avroluq skandal: Aİ tərəfindən Ermənistana ayrılmış bu böyük maliyyə paketi infrastruktur və islahatlara yönəldilməli idi. Lakin vəsaitlərin böyük hissəsinin nəticəsiz qalması və korrupsiya ilə yoxa çıxması Brüsseldə həyəcan doğurub.

Paşinyanın yerinə kim gələcək?

Avropa Komissiyası kuluarlarında artıq konkret ad səslənir – Tiqran Xzmalyan. Onun rəhbərlik etdiyi az tanınan, lakin ardıcıl proqərb mövqeli partiya parlamentdə təmsil olunmasa da, Avropa fondları və diplomatik dairələrlə sıx əlaqələrə malikdir. Bu da Xzmalyanı Brüssel üçün “uyğun namizəd” halına gətirir.

Hadisələrin bu inkişafı Ermənistanın siyasi səhnəsində növbəti aylarda ciddi dəyişikliklər olacağından xəbər verir. Brüssel artıq gözləmək niyyətində deyil./ Haqqin.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR