Onlayn ictimai-siyasi qəzet
Ağ Ev Pentaqona və ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinə (NASA) İlon Maska məxsus SpaceX ilə bağlanmış əsas dövlət müqavilələrinə baxış keçirməyi tapşırıb.
Musavat.com xəbər verir ki, məlumatı Reuters agentliyi yayıb.
Mənbələrin məlumatına görə, baxış Mask və ABŞ prezidenti Donald Tramp arasında baş verən ictimai narazılıqdan sonra başlayıb. Nəşr bildirir ki, yenidən qiymətləndirmə Maska və onun şirkətlərinə qarşı “mümkün cavab tədbirləri görməyə hazırlaşmaq” məqsədi daşıyır. Mənbələrdən birinin Reuters agentliyinə verdiyi məlumata görə, bu baxış lazım gəlsə, Maska qarşı istifadə oluna biləcək “siyasi sursat” əldə etmək üçün aparılır. Bundan əlavə, ABŞ Müdafiə Nazirliyi ABŞ-ın planlaşdırılan “Qızıl Qübbə” raketdən müdafiə sisteminin yaradılmasında SpaceX-in oynaya biləcəyi rolu azaldıb-azaltmayacağını öyrənir.
ABŞ hökumətinin Mask şirkətləri ilə müqavilələri istəsə belə, qanuni və ya praktik olaraq ləğv edə biləcəyi aydın deyil.
İyunun 11-də Ağ Evin mətbuat katibi Karolin Levitt brifinqdə bəyan edib ki, ABŞ administrasiyası Trampla aralarındakı fikir ayrılığına baxmayaraq, Maskın şirkətləri ilə bağlanmış müqavilələri nəzərdən keçirmir.
Musavat.com
15 Iyun 2025
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ