Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın müdafiə naziri Pit Heqset gələn il Tennessi ştatının qubernatorluğuna namizədliyini irəli sürməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, məlumatı NBC News mənbələrə istinadən yayıb. Bildirilir ki, bunun üçün o, Pentaqonun rəhbəri vəzifəsini tərk etməli olacaq.
Məlumata görə, Heqset son üç həftə ərzində namizədliyini irəli sürmək və seçki kampaniyasına başlamaq imkanlarını ciddi şəkildə müzakirə edib. Bununla belə, Pentaqonun qaydalarına görə, Heqset qubernator postuna namizəd olmaq üçün müdafiə naziri vəzifəsini tərk etməlidir. NBC News qeyd edir ki, bu, ABŞ Müdafiə Nazirliyinin rəhbərliyində ən böyük dəyişiklik olardı.
Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell telekanala bu məlumatı təkzib edib və bildirib ki, “nazir Heqsetin diqqət mərkəzində yalnız prezident Trampın rəhbərliyi altında xidmət etmək və Müdafiə Nazirliyində “Birinci Amerika” prinsipini inkişaf etdirməkdir”: "Yalançı TV kanalı NBC o qədər canfəşanlıqla diqqət çəkməyə çalışır ki, yenidən uydurma hekayə satır. İki mümkün variant var: ya TV kanalın mənbələri uydurmadır, ya da onların müxbirlərini aldadıblar".
NBC News mənbələrinin məlumatına görə, əgər Heqset qubernator postuna namizədliyini irəli sürdüyünü elan edərsə, Tramp onun vəzifələrini müvəqqəti olaraq ABŞ-ın ordu katibi Daniel Driscoll və ya müdafiə nazirinin siyasət məsələləri üzrə müavini Elbridge Colby-yə ötürə bilər.
Musavat.com
31 Iyul 2025
30 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ