İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkiyandan şok xəbərdarlıq: “Tehranı tərk etməyə məcbur olacağıq” - İran paytaxtını boşaltmaq gündəmdə

İran prezidenti Məsud Pezeşkian xəbərdarlıq edib ki, su təchizatı ilə bağlı vəziyyət daha da pisləşərsə, hakimiyyət Tehranı təxliyə edə bilər.

Musavat.com xəbər verir ki, bu barədə “İtimad” nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, bunu dövlət başçısı ölkənin qərbindəki Sənəndəc şəhərinə işgüzar səfəri zamanı deyib.

Pezeşkianın sözlərinə görə, İran uzun illər davam edən quraqlıq və yeraltı su ehtiyatlarının azalması səbəbindən böyük su böhranı ilə üzləşib. Prezident qeyd edib ki, paytaxtda vəziyyət kritikləşir.

"Yaxın vaxtlarda yağış yağmasa, gələn aydan etibarən Tehranda ciddi su məhdudiyyətləri tətbiq etmək məcburiyyətində qalacağıq. Əgər ümumiyyətlə yağış yağmasa, ehtiyatlar tükənəcək və biz şəhəri boşaltmağa başlamalıyıq".

Prezident həmçinin etiraf edib ki, iqtisadi çətinliklər, o cümlədən yüksək inflyasiya və qiymət artımı həm xarici sanksiyaların, həm də daxili idarəetmə səhvlərinin nəticəsidir. Bildirib ki, maliyyə imkanlarının məhdud olması bir çox dövlət layihələrinin başa çatmasına mane olur.

Pezeşkian təbii ehtiyatların rasional idarə olunmasına keçidin, su və enerjiyə qənaət standartlarının sərtləşdirilməsinin, iqlim dəyişikliyi kontekstində kənd təsərrüfatının və sənayenin inkişafına yanaşmaların yenidən nəzərdən keçirilməsinin zəruriliyini vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR