İnsanlara hürriyət, millətlərə istiqlal!

Pit Heqset bu qərarı təkbaşına verib

ABŞ-ın müdafiə naziri Pit Heqset Ukraynaya silah tədarükünün dayandırılması ilə bağlı qərarı təkbaşına qəbul edib və bu barədə nə Ağ Evi məlumatlandırıb, nə də icazə alıb.

Musavat.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Kanalın məlumatına görə, Heqsetin qərarından nə dövlət katibi, nə prezident Trampın milli təhlükəsizlik üzrə müşaviri Marko Rubio, nə də ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi, istefada olan general Kit Kelloq xəbərdar olub.

Müdafiə nazirinin bu addımı ABŞ administrasiyasında ciddi müzakirələrə səbəb olub – "niyə belə bir dayandırma tətbiq edilib və bu vəziyyət Konqresə və Ukrayna hökumətinə necə izah edilə bilər" sualları ortaya çıxıb.

Bundan əvvəl Donald Tramp bildirib ki, o, silah tədarükünün dayandırılması ilə bağlı heç bir göstəriş verməyib.

CNN qeyd edir ki, bu, Pit Heqsetin Kiyevə silah göndərişlərinin dayandırılması ilə bağlı ikinci dəfə təkbaşına qərar verməsidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyul 2025

09 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR