Onlayn ictimai-siyasi qəzet
Sosial şəbəkələrin Amerika seqmentində yayılan yeni bir video ölkədə irqçilik və polis zorakılığı mövzusunu yenidən gündəmə gətirib.
Musavat.com xəbər verir ki, “landpalestine” adlı sosial media hesabında paylaşılan videoda avtomobildə sakit şəkildə oturan qaradərili bir gəncin heç bir müqavimət göstərmədiyi halda, ağdərili polis əməkdaşlarının vəhşicəsinə müdaxiləsinə məruz qalması əks olunub.
Görüntülərdə gəncin arxa fonda polis işıqları altında sakit dayanması müşahidə olunur. Anidən polis maşının şüşəsini qırır, gənci zorla avtomobildən çıxarır və yerə yıxaraq fiziki güc tətbiq edir. Bütün bu zorakılıq səhnələri “This is America ” ifadəsi ilə müşayiət olunur – bu, artıq ABŞ-da sistematik şəkildə baş verən irqçi münasibətlərin simvolik ifadəsinə çevrilib.
Videoya yazılmış bir şərhdə “Atsiwakumoto” adlı istifadəçi belə yazır:
“Əgər sən polislərlə əməkdaşlıq etsəydin, ‘Əməkdaşlığınıza görə təşəkkür edirik’ eşidərdin, yumruq yox…”
Bu cür yanaşma isə sosial mediada sərt reaksiyalar doğurub. İstifadəçilər bu cür şərhlərin sistemli polis zorakılığını, xüsusilə də qaradərili vətəndaşlara qarşı irqçi münasibəti ört-basdır etməyə xidmət etdiyini bildiriblər.
Benzər hadisələr ABŞ-da illərdir davam edir və hər dəfə “George Floyd” hadisəsini xatırladır. Polis zorakılığına məruz qalan şəxs videoda sakit, qorxmuş, lakin təmkinli görünür. Buna baxmayaraq, zorakılıqla qarşılaşması irqçiliyin ABŞ cəmiyyətində necə dərin kök saldığını göstərir.
Bu görüntü bir daha sübut edir ki, ABŞ-da hüquq-mühafizə orqanları ilə qaradərili vətəndaşlar arasında münasibətlər ciddi şəkildə inamsızlıq və sistemli ayrı-seçkilik üzərində qurulub.
Musavat.com bu görüntünü təqdim edir və qeyd edir:
Bu, sadəcə bir fərdin faciəsi deyil. Bu, bütöv bir sistemin və cəmiyyətin əksi olan dramatik bir səhnədir.
Musavat.com
24 Iyul 2025
23 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ