İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa şübhəli yanğına görə yenə də Rusiyanı ittiham etdi

2024-cü ilin mayında Varşavadakı Marywilska 44 ticarət mərkəzində baş verən böyük yanğın Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə törədilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Polşa ədliyyə naziri Adam Bodnar və daxili işlər naziri Tomaş Semonyakın birgə bəyanat verib.

Nazirlər bildirib ki, toplanan sübutlar yanğının məqsədli şəkildə törədildiyini təsdiqləyir və hadisənin hazırlanması və icra olunması barədə geniş məlumata malikdirlər.

Polşanın baş naziri Donald Tusk da məsələ ilə bağlı açıqlama verərək, yanğında iştirak edənlərin cəzalandırılacağını və bir qisminin artıq saxlanıldığını bildirib:

“Biz sizi tapacağıq!” – deyə Tusk sosial şəbəkədə paylaşım edib.

Hadisə 12 may 2024-cü ildə baş verib. Yanğın eyni anda bir neçə yerdə başlayaraq beş saatdan çox davam edib və nəticədə 1400-dən çox mağaza və xidmət müəssisəsi yanaraq yararsız hala düşüb. Hadisə zamanı insan itkisi qeydə alınmayıb. İstintaqa 55 prokuror, 100 polis əməkdaşı, kriminalistlər və texniki mütəxəssislər cəlb olunub, 70-dən çox şahid və 530 zərərçəkən dindirilib.

Bundan əlavə, 2024-cü ilin yazında Litva Baş Prokurorluğu da Rusiyanın hərbi kəşfiyyatını Vilnüsdəki IKEA mağazasının yandırılmasını təşkil etməkdə ittiham edib. Litva prokuroru Arturas Urbelis, bu əməli törətmək üçün 18 və 20 yaşlarında iki ukraynalıya 100 min avro və istifadə olunmuş BMW vəd edildiyini açıqlayıb. Onlar Litva və Polşada saxlanılıb və məhkəmə qarşısına çıxarılacaqlar. Litva prokurorluğunun məlumatına görə, onlardan biri Riqada da bənzər bir cinayət törətməyi planlaşdırıb.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 May 2025

BÜTÜN XƏBƏRLƏR