Onlayn ictimai-siyasi qəzet
Müdafiə məmulatlarının hazırlanması və ya istehsalı ilə məşğul olan 40-a yaxın Polşa dövlət və özəl müəssisəsi Ukrayna şirkətləri ilə əməkdaşlıq edir.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bu məlumat Polşa Milli Tədqiqat və İnkişaf Mərkəzinin ilk direktoru Boquslav Smolski və Polşanın keçmiş müdafiə naziri Yanuş Onişkieviçin Fransanın “Réalités Industrielles” jurnalı üçün yazdığı məqalədə yer alıb.
Polşa hərbi sənayesinə həsr olunmuş nəşrə görə, hazırda 40-a yaxın Polşa müəssisəsi - dövlət və özəl, məsələn, WB Electronics, APS (Advanced Protection Systems) və başqaları "Ukrayna şirkətləri ilə əməkdaşlığın bəhrələrindən və döyüş meydanından daim toplanan təcrübədən istifadə edirlər". Müəlliflər yazır ki, onlar “istehsal olunan silahları geniş miqyasda alan” Polşanın Milli Müdafiə Nazirliyindən dəstək alıblar. Xüsusilə yuxarıda adı çəkilən WB Electronics şirkəti Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə edilən FlyEye kəşfiyyat pilotsuz uçuş aparatının yaradıcısıdır. ABS radiotexnika sistemlərinin yaradıcısı və istehsalçısıdır. Onların SKYctrl anti-PUA sistemi hələ 2022-ci ilin yayında Ukraynanın maraqları üçün alınıb.
Musavat.com
02 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ