İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin təyin etdiyi yeni Hərbi Prokuror kimdir?- DOSYE

Xəbər verdiyimiz kimi, Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini Azərbaycanın Hərbi prokuroru təyin edilib.

Bu barədə Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Azərbaycanın yeni Hərbi prokuroru kimdir?

Bəhruz Əmədov 4 iyul 1984-cü ildə anadan olub. Bakı Dövlət Üniversitetinin hüquq fakültəsini bitirib. Əslən Neftçala rayonundandır.

Hüquq-mühafizə və hərbi sahədə uzun illər səmərəli fəaliyyət göstərmişdir. O, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun peşəkar və təcrübəli kadrlarından biri kimi tanınır.

Əmək fəaliyyətinə prokurorluq orqanlarında başlamış Bəhruz Əhmədov bir sıra məsul vəzifələrdə çalışıb, o cümlədən Qazax rayonunun Hərbi prokuroru və Hərbi Prokurorluğun İstintaq İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərib.

Qeyd edək ki, o, "Vətən uğrunda" medalı ilə təltif edilib. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

BÜTÜN XƏBƏRLƏR