Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin iddia edir ki, hər ay ölkədə Rusiya ordusuna 50-60 min könüllü qoşulur.
Musavat.com xəbər verir ki, o, bu barədə “Biznes Rusiya” ictimai təşkilatının rəhbərliyi ilə görüşdə bildirib.
Putinin iddiasına əsasən könüllülər özləri xidmətə gedirlər, o cümlədən təşkilatda təmsil olunan əmək kollektivlərindən: “Bizdə ayda 50-60 min uşaq könüllü olaraq orduya yazılır”.
Öz yalanına ürəkdən inanan Rusiya prezidenti Ukraynadakı vəziyyətdən də danışıb, iddia edib ki, Ukrayna hər ay orduya güclə 30 min nəfər yığa bilir.
Çıxışdan görünür ki, cənab Putin iki gün əvvəlki paraddan sonra on minlərlə döyüşçü gətirdiyi Şimali Koreyaya buna görə təşəkkür etdiyini “unudub”. Əks təqdirdə, ölkəyə gələn əmək miqrantlarını, həbsdə olan qeyri-millətləri yüz cür şirnikləndirici yollarla Ukraynaya müharibəyə cəlb edən, Şimali Koreyadan əsgər dilənən ölkə başçısı belə ağ yalanı niyə danışsın ki...
Musavat.com
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ