Onlayn ictimai-siyasi qəzet
Putin imzaladı: İndi hər hansı bir qrupa ekstremist damğası
qoymaq asanlaşır
Rusiya prezidenti Vladimir Putin yeni qanunu təsdiqləyib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, buna əsasən bir təşkilat “ekstremist” sayılması üçübn onun “rəhbəri, təsisçisi və ya üzvü”nün ekstremist fəaliyyətinə görə məhkum olunması kifayət edir.
Daha əvvəl Dövlət Duması “anti-ekstremist” qanunları sərtləşdirib. İndi bir qrupu “ekstremist” hesab etmək üçün, o qrupun üzvlərindən yalnız bir nəfərin belə bu maddə üzrə məhkum olması kifayətdir. Bu, qrup sadəcə onlayn çat və ya forum olsa belə keçərlidir. İnsan haqları müdafiəçiləri buna görə narahatdır.
Ekspertlərə görə, bu dəyişiklik hüquq-mühafizə orqanlarına repressiyalar üçün imkanları asanlaşdırır.
Musavat.com
25 Iyul 2025
24 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ