İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin o qanunu imzaladı - MİQRANTLAR ÜÇÜN ƏCƏL ZƏNGİ

Musavat.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrində vətəndaşlığı olmayan şəxslərin xidmət etməsini qanuni şəkildə mümkün edən yeni qanunu imzalayıb.

Bununla da artıq yalnız Rusiya vətəndaşları deyil, vətəndaşlığı olmayan şəxslər də rəsmi olaraq Rusiya ordusuna qəbul oluna biləcəklər.

Bu addım əslində Moskvanın ciddi kadr və əsgər ehtiyatı böhranı yaşadığını açıq şəkildə göstərir. Çünki Kreml klassik səfərbərlik yolu ilə ordunu doldurmaq istəmir və ya buna siyasi cəsarəti çatmır. Ekspertlər bildirir ki, əgər Putin ümumi səfərbərlik elan etsə, Moskva və Sankt-Peterburq kimi böyük şəhərlərdə yaşayan ruslar küçələrə çıxıb etiraz edə bilər. Bu isə rejim üçün olduqca risklidir.

Bununla yanaşı, ən narahatedici məsələ vətəndaşlığı olmayan əmək miqrantlarının, yəni bazarlarda, küçələrdə, tikintilərdə çalışan minlərlə insanın artıq kütləvi şəkildə toplanaraq orduya göndərilməsi ehtimalıdır. Bu proses qismən artıq başlayıb. Məlum olduğu kimi, ötən aylarda Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastırıkin açıqlamışdı ki, indiyədək 20.000-dən çox heç bir vətəndaşlığı olmayan miqrant zorla Ukrayna ilə döyüş bölgələrinə aparılıb.

İndi isə bu yeni qanun bu praktikanı tam qanuniləşdirir və institusional xarakterə salır. Yəni artıq bazardan, küçədən, tikintidən aparılan miqrantları formal müqavilələrlə “qanuni əsgərə” çevirib cəbhəyə göndərəcəklər.

Bu qanun həmçinin göstərir ki, Rusiya müdafiə sistemi həm kəmiyyət, həm də keyfiyyət baxımından böyük boşluqlar içindədir. Əsgər çatışmazlığı və cəmiyyətin müharibəyə artan etirazı Kreml üçün başlıca başağrısına çevrilib. Buna görə də indi Putin “vətəndaşlığı olmayanları” – əsasən də Orta Asiyadan gələn zəif təbəqəni – daha rahat şəkildə ön cəbhəyə göndərmək üçün hüquqi baza yaradır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyul 2025

07 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR