Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin Quru Qoşunlarının baş komandanı, ordu generalı Oleq Salyukovu vəzifədən azad edib və onu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsinə təyin edib.
Musavat.com xəbər verir ki, bu məlumatı Kremlin təbliğat resursu RİA Novosti yayıb.
Qeyd edək ki, Salyukov hələ 9 mayda Moskvadakı Qızıl Meydanda keçirilən Qələbə Paradına komandanlıq etmişdi. Bu barədə BBC-nin Rus xidməti məlumat yayıb.
Yeni baş komandanın kim olacağı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Toğrul İSMAYIL,
Musavat.com
16 May 2025
15 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ