İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin və Əli Laricani Yaxın Şərqdəki gərginliyi və nüvə böhranını müzakirə etdilər

Rusiya prezidenti Vladimir Putin bu gün Kreml sarayında İranın ali rəhbəri Ayətullah Əli Xameneinin baş müşaviri Əli Laricani ilə görüş keçirib.

Musavat.com-un xəbərinə əsasən, görüş barədə açıqlama verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Laricani bu səfəri İran rəhbərliyinin birbaşa tapşırığı ilə həyata keçirib.

O, prezident Putinə Yaxın Şərqdə artan gərginlik, xüsusilə də İran-İsrail xəttində baş verən son hadisələr və regiondakı hərbi-siyasi vəziyyətlə bağlı Tehranın qiymətləndirmələrini çatdırıb.

Bundan əlavə, görüşdə İranın nüvə proqramı ətrafında yaranmış vəziyyət və beynəlxalq diplomatik səylərin durumu da əsas müzakirə mövzularından olub.

Peskovun sözlərinə görə, Rusiya tərəfi öz növbəsində bölgədə sabitliyin qorunması və İranın nüvə proqramı ilə bağlı məsələlərin yalnız siyasi-diplomatik yollarla həll olunmasının vacibliyini vurğulayıb. Kreml regional qarşıdurmaların daha geniş münaqişəyə çevrilməsinin qarşısının alınması üçün bütün tərəflərin təmkinli və balanslı davranmasının zəruri olduğunu bildirib.

Xatırladaq ki, Əli Laricani İranın keçmiş parlament sədri, hazırda isə ölkənin ali rəhbərinin beynəlxalq məsələlər üzrə baş müşaviridir. Onun Moskva səfəri İran-Rusiya strateji əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğu bir dövrə təsadüf edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR