Onlayn ictimai-siyasi qəzet
“Rusiya Prezidenti Vladimir Putin Ukraynada müharibə zamanı itkiləri vecinə almır”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
ABŞ dövlət başçısı bildirib ki, Rusiya hər həftə 5 min əsgərini itirir.
“Bəlkə də onun (Putin – red.) vecinə deyil, mən artıq bu barədə düşünməyə başlamışam. O da, Ukrayna da çoxlu əsgər itirir. Bundan sonra nə olacağını görəcəyik”, - Tramp qeyd edib.
“Hazırda Rusiya qoşunlarının Odessa sahillərinə və bölgəyə girməsi intihar olardı. Onların quru əməliyyatlarında uğurları yoxdur, bunsuz dəniz əməliyyatına girişmək nəticə verməyəcək”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat katibi Dmitri Pletençuk deyib.
Mətbuat katibi vurğulayıb ki, Rusiya qüvvələri hazırda Odessa vilayətinin sahillərinə 100 mildən yaxınlaşa bilməz, Ukrayna Hərbi Dəniz Qüvvələrinin raket bölmələri onları burada gözləyir:
“Ona görə də, hazırda bu, çətin məsələdir. Quru komponentinə qayıtsaq, Odessaya gedən yolda ən azı üç ciddi su maneəsi var. Amma dünən Dmitri Medvedev Rusiyanın səylərini bu regiona yönəltməyə hazırlaşdığını bəyan etmişdi”.
İyunun 11-də Odessada keçirilən Ukrayna - Cənub-Şərqi Avropa sammiti zamanı Prezident Volodimir Zelenski bəyan edib ki, Avropa Ukrayna və Moldovanı itirə bilməz, çünki bu, Kremlin başqa ölkələrə müdaxiləsinə gətirib çıxaracaq. Onun sözlərinə görə, Moskva Odessanı ələ keçirməyi, ardınca Moldova və Rumıniya ilə sərhədə doğru irəliləməyi planlaşdırır.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız Ukraynadan olan polkovnik Elxan Nuriyevdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ