Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, İstanbulun Esenyurt rayonundakı 11 mərtəbəli binada gecə saat 02:00 radələrində güclü yanğın baş verib.
Alovların 8-ci mərtəbədən yüksəldiyini görən sakinlər dərhal yanğınsöndürmə, polis və təcili yardım xidmətlərinə məlumat veriblər.
Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər alovların içində köməksiz qalan bir qadını xilas etmək üçün binanın qarşısına atlama yatağı qurublar. E.D. adlı 37 yaşlı qadın panik vəziyyətində özünü 8-ci mərtəbədən aşağı atıb. Qadın atlama yatağı sayəsində sağ qalıb və xəsarət almadan xilas edilib.
Yanğınsöndürənlərin vaxtında və təsirli müdaxiləsi nəticəsində yanğın qısa zamanda nəzarət altına alınıb və hadisə nəticəsində heç bir insan itkisi qeydə alınmayıb.
Hazırda hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır. Yanğının çıxış səbəbi hələlik açıqlanmayıb.
Musavat.com
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ