Onlayn ictimai-siyasi qəzet
Fransa Müdafiə Nazirliyinin parlamentə təqdim etdiyi hesabatda bildirilir ki, Ermənistan 2023–2024-cü illər ərzində Fransadan 274 milyon avro dəyərində silah alacaq.
Musavat.com xəbər verir ki, saziş çərçivəsində özünü müdafiə xarakterli silahların, “Sezar” tipli özüyeriyən haubitsaların və 15 ədəd tankəleyhinə raketin (lazımi buraxılış qurğuları ilə birlikdə) təhvil verilməsi nəzərdə tutulur.
Hesabatda qeyd olunur ki, Fransanın 2023-cü ildə İrəvanda açdığı müdafiə missiyası tərəflər arasında əməkdaşlığı dərinləşdirmək və birgə hərbi təlimləri planlaşdırmaq məqsədi daşıyır.
Paris rəsmiləri vurğulayıblar ki, bütün bu addımlar “xaraktercə müdafiə yönümlüdür”, lakin analitiklər bu razılaşmanı regionda güc balansını dəyişə biləcək addım kimi dəyərləndirirlər.
Musavat.com
03 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ