Onlayn ictimai-siyasi qəzet
"Qalatasaray" qapını Canluici Donnarummaya əmanət etmək istəyir.
Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" italiyalı qapıçı üçün PSJ ilə danışıqlara başlayıb.
Bu barədə "Foot Mercato" portalı məlumat yayıb.
Donnarummanın PSJ ilə müqaviləsi gələn ilin yayında bitir. Tərəflər sözləşmə yeniləmə barəsində razılığa gələ bilmir. Ona görə də italiyalının bu yay klubdan ayrılacağı gözlənilir.
Lakin 25 yaşlı qapıçı ilə təkcə "Qalatasaray" maraqlanmır. "Yuventus" və "Çelsi" də onun durumunu yaxından izləyir.
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ