Onlayn ictimai-siyasi qəzet
Süper Liqanın 36-cı turunda "Kayserispor"u 3:0 hesabı ilə məğlub edən "Qalatasaray" mövsümün bitməsinə iki tur qalmış 25-ci çempionluğunu rəsmən elan etdi.
Musavat.com xəbər verir ki, sarı-qırmızılılar bununla loqosuna 5-ci ulduzu taxan ilk Türk klubu kimi tarixə düşdü.
Trendyol Süper Liqasının 36-cı tur qarşılaşmasında RAMS Park stadionunda "Kayserispor"u qəbul edən "Qalatasaray" rəqibini 3:0 hesabı ilə məğlub edərək çempionluğunu təmin etdi. Bu qələbə ilə sarı-qırmızılılar liqadakı 25-ci çempionluğunu qazanaraq, 5 ulduza sahib ilk Türk klubu oldu.
"Qalatasaray"a qələbəni gətirən qolları 26-cı dəqiqədə Viktor Osimhen, 29-cu dəqiqədə Barış Alper Yılmaz və 89-cu dəqiqədə (penalti) Fernando Muslera vurdu.
İKİ KUBOKLU MÖVSÜM
"Qalatasaray" yalnız liqa çempionluğunu deyil, həm də "ikili kubok" sevincini yaşadı. Sarı-qırmızılılar bundan əvvəl Ziraat Türkiyə Kubokunun finalında "Trabzonspor"u 3:0 hesabı ilə məğlub edərək mövsümün ilk kubokunu qazanmışdı.
OKAN BURUKDAN TARİXİ UĞUR
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk məşqçilik karyerasında 4-cü dəfə Türkiyə çempionu oldu. Bu nəticə ilə Buruk Süper Liqa tarixində ardıcıl 3 dəfə çempion olan 4-cü baş məşqçi unvanını qazandı.
OYUNDAN DƏQİQƏLƏR (İLK HİSSƏ)
12-ci dəqiqədə sol cinahda cərimə meydançası kənarında topu qəbul edən Osimhenin kəskin zərbəsini qapıçı Bilal küncə çıxardı.
20-ci dəqiqədə orta sahədə topu ələ keçirən Kartal Kayra dərhal ötürməsini sağ cinahda müdafiənin arxasına qaçan Ramazan Civelekə verdi. Civelekin cərimə meydançasına daxil olub qapıçı ilə üz-üzə qaldığı vəziyyətdə vurduğu topu Muslera qola çevirməyə imkan vermədi.
26-cı dəqiqədə sağ cinahdan Sara tərəfindən istifadə olunan künc zərbəsində Osimhen altımetrlik məsafədən başla topu tora göndərdi. 1:0
29-cu dəqiqədə "Kayserispor"un öz yarı sahəsindən başladığı oyunda hava topunu səhvən rəqibə ötürdü. Topu başla qarşılayan Torreira onu Barış Alper Yılmaza ötürdü. Barış Alper penaltı nöqtəsi arxasından dəqiq zərbə ilə fərqləndi. 2:0
OYUNDAN DƏQİQƏLƏR (İKİNCİ HİSSƏ)
65-ci dəqiqədə Torreira topu cərimə meydançası xaricində qəbul edib rəqiblərini keçdikdən sonra sol çaprazdan güclü zərbə endirdi, amma top üst dirəyin üstündən keçdi.
85-ci dəqiqədə sol cinahdan Osimhenin ötürməsi ilə cərimə meydançasında topu qəbul edən Morata, qapıçı Bilal Bayazitin müdaxiləsi ilə yerə yıxıldı. Hakim Ali Şansalan VAR xəbərdarlığından sonra epizodu izləyərək penaltini təyin etdi.
89-cu dəqiqədə penaltini yerinə yetirmək üçün topun arxasına keçən qapıçı Fernando Muslera topu tora göndərdi. 3:0
Musavat.com
19 May 2025
18 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ