İnsanlara hürriyət, millətlərə istiqlal!

15 yaşlı qıza toy etdilər, ana oldu- CİNAYƏT İŞİ

15 yaşlı qız marketdə tanış olduğu 24 yaşlı şəxslə evlənmək məqsədi ilə qaçıb. Onlara mağarda toy da edilib.

Musavat.com xəbər verir ki, hadisə bölgələrdən birində baş verib. Onların 2024-cü ildə toyları olub və hazırda övladları var.

15 yaşı tamam olan Nanə (ad şərtidir) mağazada satıcı işləyirmiş. 21 yaşlı Qafar (ad şərtidir) həmin mağazaya müştəri kimi gəlib. Onlar bir-birlərini bəyəniblər və evlənməyi qərarlaşdırıblar.

Onların kənddə, mağarda toyları da keçirilib. 15 yaşı tamam olmayan qızın toyunun olmasına ailəsi etiraz edib. Lakin qız Qafara verilməyəcəyi təqdirdə özünə bıçaqla xəsarət yetirəcəyini deyib.

Sonra ailələr toya razılıq veriblər. Qafarın dediyinə görə Nanə ona 18 yaşı tamam olduğunu deyib. Nanə də bildirib ki, Qafardan yaşını gizlədibmiş.

15 yaşlı qızın ərə verilməsi toy məclisindən sonra məlum olub və polis araşdırmaya başlayıb. Qafar buna görə məsuliyyətə cəlb edilib.

Onlar hazırda ər-arvad kimi birlikdə yaşadıqlarını deyiblər. Tərəflər bir-birindən şikayətçi olmayıb. Qafara yüngül cəza verilməsini xahiş ediblər.

Məhkəmə Qafar barəsində 1 il 6 ay şərti cəza təyin edib.

İ.Muradov,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 May 2025

18 May 2025

BÜTÜN XƏBƏRLƏR